Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əməkdaşlığını genişləndirməli və agentliyin müfəttişlərini bütün nüvə obyektlərinə buraxmalıdır.
“Report”un “İnterfaks”a istinadən məlumatına görə, bunu AEBA-nın baş direktoru Rafael Qrossi bəyan edib.
“Biz əməkdaşlığı yenidən qurmağa çalışırıq və İranda yoxlamalar keçiririk. Biz tədricən buna doğru gedirik, lakin hücumlara məruz qalan obyektlərdə təftiş keçirmirik”, – o deyib.
Qrossinin sözlərinə görə, İranla İsrail arasında hərbi əməliyyatların başa çatdığı andan AEBA yoxlamalar keçirib, lakin ən vacib nüvə obyektlərinə – Fordo, Natanz və İsfahandakı obyektlərə hələ də giriş əldə edə bilməyib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

