Qərb Belarus ərazisində nəzarət qura bilməyəcək – Lukaşenko

Baş səhifə

Bakı. Trend:

Qərb ölkələri Belarusun və ya Ukraynanın qərb hissəsi üzərində
nəzarət qurmağa nail ola bilməyəcəklər.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr
Lukaşenko bildirib.

Belarus lideri qeyd edib ki, respublikanın bəzi qonşu ölkələri
hərbi ehtiyaclara ÜDM-in 5%-dək vəsait xərcləyirlər ki, bu olduqca
yüksək səviyyədir.




O, buna rəğmən, Qərbin Ukraynanın və ya Belarusun bir hissəsi
üzərində nəzarət qura bilməyəcəklərini dilə gətirib.

“Belə olmayacaq …Əgər bizə icazəsiz, hərbi çəkmələrinizlə
gəlsəniz, cavabınızı alacaqsınız”,- deyə Lukaşenko xəbərdar
edib.