Tayland və Kamboca “sülh sazişi” imzalayıblar

Baş səhifə

Bakı. Trend:

Tayland və Kambocanın baş nazirləri Anuthin Çanvirakun və Xun
Manet ABŞ prezidenti Donald Trampın iştirakı ilə “sülh sazişi”
imzalayıblar.

Trend-in
məlumatına görə, sənədin imzalanması Kuala Lumpurda keçirilən
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti
çərçivəsində baş tutub.




Tayland Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin
baş direktoru və mətbuat katibi Nikondet Phalangkun bundan əvvəl
bildirib, tərəflər sülh müqaviləsi deyil, münaqişənin sülh yolu ilə
həlli üçün təməl qoymaq məqsədi daşıyan birgə bəyannamə
imzalayıblar.