İsrail ordusu Qəzzaya gedən digər flotillanı da ələ keçirib

Baş səhifə

İsrail ordusu Qəzzaya gedən digər flotillanı ələ keçirib və çoxsaylı fəalları həbs edib.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

İsrail hərbi qüvvələri Aralıq dənizində İsrailin Qəzzanın dəniz blokadasını pozmağa çalışan doqquz gəmidən ibarət flotillanı dayandırıb və gəmilərdə olan çoxsaylı fəalı həbs edib.

İsrailin Xarici İşlər Nazirliyi bildirib ki, saxlanılan 145 fəal sahilə çıxarılaraq müvafiq prosedurlar üçün saxlanılıb. Daha sonra onların deportasiyası gözlənilir.

Qeyd edək ki, keçən həftə təxminən 450 fəalın yer aldığı 40-dan çox gəmi Qəzzaya simvolik miqdarda humanitar yardım aparmağa çalışarkən dayandırılmışdı.

Qlobal “Sumud Flotillası”nın əksər fəalları deportasiya edilsə də, Norveç, Mərakeş və İspaniyadan olan altı fəal hələ də İsraildə həbsdədir.