“Sənaye zonalarında fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı ikiyə çatacaq”

Cəmiyyət


“2024-ci ildə Sumqayıt Kimya Sənaye Parkında Türkiyə kapitallı şirkətin – “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur”.

resmixeber.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.

O, qeyd edib ki, müəssisənin fəaliyyətə başlaması ilə sənaye zonalarında fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı ikiyə çatacaq.

“Hazırda “Kartaş Kimya” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının 2,5 hektar ərazisində müəssisənin tikintisi istiqamətində işlər sürətlə davam etdirilir. Şirkətin fəaliyyətə başlaması ilə 250 daimi iş yeri yaradılacaq. Bundan başqa Türkiyə şirkətləri əsasən sənaye zonalarında tekstil, əczaçılıq, qida və s. kimi layihələrin icrasında maraqlıdırlar”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir