“Sənaye zonalarında istehsal olunan məhsulların bir çoxunun alıcısı, demək olar ki, Türkiyə şirkətləridir”

Cəmiyyət


“Sənaye zonalarında istehsal olunan məhsulların bir çoxunun alıcısı demək olar ki, Türkiyə şirkətləridir”.

resmixeber.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.

“İxrac statistikası onu deməyə əsas verir ki, 2023-cü ildə sənaye zonalarında istehsal edilən polipropilen, yüksəksıxlıqlı polietilen, azot gübrəsinin, quyu qapaqlarının, yağış suyu barmaqlığı, sürgülü siyirtmələr, müxtəlif borular, yeraltı yanğın hidrantları, alüminium silindrik pəstahı, sürtkü yağları, ferrosilisium, şüşə lövhələri, tütün məmulatları, pambıq ipliyin Türkiyəyə ixracı həyata keçirilib”, – deyə E.Nuriyev əlavə edib.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir