Naxçıvanda yeni TƏYİNAT

Cəmiyyət


Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədri təyin olunub.

“resmixeber.az”un məlumatına görə, bununla bağlı muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov əmr imzalayıb.

Əmrə əsasən, Sahir Kamil oğlu Rüstəmov Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədri təyin olunub.

Qeyd edək ki, S.Rüstəmov bu təyinatadək DSMF-nin sədr müavini vəzifəsində çalışıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir