Dünyada ən bahalı kino biletlərinin satıldığı ölkə açıqlandı – SİYAHI

Dünya


Dünyada ən bahalı kino biletləri İsveçrədə satılır.  Bu ölkədə biletin orta qiyməti 22,70 dollardır.

resmixeber.az-ın məlumatına görə, bu barədə “World of Statistics”in dərc etdiyi hesabatdan məlum olub.

Siyahıda ikinci yerdə 17,50 dollarla Danimarka, üçüncü yerdə isə 17,33 dollarla Səudiyyə Ərəbistanı qərarlaşıb.

Onları Finlandiya (16,30 dollar) və Norveç (14,17 dollar) izləyir.

Qeyd edək ki, Türkiyə kinoteatrda film izləmək üçün  ən ucuz kino biletləri satılan ölkələr arasındadır. Belə ki, siyahının 38-ci yerində qərarlaşan qardaş ölkədə biletin orta qiyməti 3,40 dollardır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir