G20 Sammitində gülməli mühafizə sistemi – FOTO

DIN


Hindistanda G20 sammitinin nümayəndələrini aqressiv makakalardan qorumaq üçün qeyri-adi yol seçilib. Belə ki, Yeni Dehli yerli hökuməti şəhərdə langur meymunlarının karton fiqurlarını quraşdırmağa başlayıblar.

Bildirilir ki, makakalar langurlardan uzaq gəzməyə çalışırlar. Buna görə də onların karton fiqurları rezusları qorxutmalıdır.

Etibarlılıq üçün təxminən 40 muzdlu işçi bu meymunların qışqırıqlarını təqlid edəcəklər.

Bu yolla makakaların sammitin qonaqlarının qalacağı hoteldən uzaq tutulacağına ümid edilir.

Deyilən üsul işə yaramasa, o zaman mütəxəssislər əlavə qoruma üsullarına əl atacaqlar.

Məlumata görə, son vaxtlar makakalar insanlara daha çox hücum etməyə başlayıb. Bir neçə faciəli hadisədən sonra isə onların vəhşi heyvanlar üçün xüsusi sığınacağa köçürülməsinə  başlanılıb.

Mənbə: Hindustan Times

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir