Penitensiar Xidmət ötən gün Salyanda yerləşən cəzaçəkmə müəssisəsində özünü güllələyən hərbi qulluqçu barədə məlumat yayıb.
Xidmətdən resmixeber.az-ya bildirilib ki, Mühafizə Alayının hərbi qulluqçusu əsgər Ülvi İlyas oğlu Şamxalovun xəstəxanada müalicəsi davam etdirilir.
Qeyd edilib ki, həyatı üçün heç bir təhlükə yoxdur.
www.RESMIXEBER.az