Bakının Səbail rayonunda qonşular arasında düşən dava bıçaqlanma ilə nəticələnib.
“resmixeber.az”un məlumatına görə, dava zamanı bıçaqlanan 1957-ci il təvəllüdlü Şirxan Ədil oğlu Hacıyev təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol qolun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
www.RESMIXEBER.az