Zaqatalada itkin düşən turistlər xəstəxanadan evə buraxılıblar

Cəmiyyət


Zaqatalada yolunu azaraq dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə tapılan şəxslər xəstəxanadan evə buraxılıblar.

Bu barədə resmixeber.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, TƏBİB-in tabeliyindəki Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan Bakı şəhər sakinləri – Əli Əlizadə və Əbdül Rzayev – ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan Əli Əlizadə və Əbdül Rzayev 24.07.2023-cü il tarixində saat 23:14-də tibb müəssisəsinə yerləşdiriliblər. Onlara Təcili Tibbi Yardım Şöbəsində zəruri tibbi xidmətlər göstərilib.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir