“Qarabağ” güclülər sırasında – Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki mümkün rəqiblər DƏQİQLƏŞDİ

Dünya


“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa çempionu “Rakuv”u mübarizədən kənarlaşdıracağı təqdirdə III raunddakı potensial rəqiblərinin hamısı dəqiqləşib.

resmixeber.az xəbər verir ki, bu, I təsnifat mərhələsinin yekunlaşmasından sonra bəlli olub.

Raundun püşkü ikinci mərhələ başa çatmamış atılacağından püşkatmaya cütlər şəklində qatılacaq komandalar da olacaq. “Qarabağ”ın reytinqi yüksək olduğundan “Rakuv”la əmələ gətirdiyi cüt güclülərin yer aldığı səpələnmişlər səbətində yer alacaq. Bu isə Ağdam klubunun mərhələ keçəcəyi təqdirdə nisbətən münasib (aşağı reytinqli – red.) komanda ilə üz-üzə gələcəyi deməkdir.

“Qarabağ”ın “Rakuv”la cütünün qalibinin III təsnifat mərhələsindəki mümkün rəqibləri bunlardır:

“Sparta” (Çexiya), AEK (Yunanıstan), “Ludoqorets” (Bolqarıstan) – ”Olimpiya” (Sloveniya) cütünün qalibi, “Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi, “Aris” (Kipr) – BATE (Belarus) cütünün qalibi, “Klaksvik” (Farer adaları) – ”Hekken” (İsveç) cütünün qalibi.

Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü iyulun 24-də atılacaq. “Qarabağ” “Rakuv”a qarşı ilk oyunu iyulun 26-da Polşada, cavab matçını bir həftə sonra Bakıda keçirəcək.

Faiq Tahirov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir