“Günay Sığorta” kreditorlarına müraciət edib

Cəmiyyət


Azərbaycan Mrəkəzi Bankının iyunun 24-də lisenziyasını ləğv etdiyi “Günay Sığorta” ASC kreditlorlarına müraciət edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində bildirilib.

Müraciətdə deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti küçəsi, ev 75C ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9%-i Yeganə Şirinovaya, 28,48%-i Mahmud Məmmədova, 21,62%-i isə ləğv prosesində olan “Günay Bank” ASC-yə məxsusdur. Bu il mayın 16-da bankın lisenziyası ləğv olunduqdan sonra “Günay Sığorta”nın fəaliyyətində çətinliklər yaranmışdı.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir