Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər – YENİLƏNİB + VİDEO

HƏRBİ


“Laçın” sərhəd-buraxılış məntəqəsində Qarabağın erməniəsilli sakinlərinin sərbəst keçidi ilə bağlı yeni görüntülər yayılıb. 

“Trend”in yaydığı videoda mülki ermənilərin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müşayiəti ilə sərhəd-buraxılış məntəqəsindən maneəsiz, rahat şəkildə keçməsi əks olunub. 

Həmin görüntüləri təqdim edirik:

16:29

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müşayiəti ilə Laçın-Xankəndi yolunun başlanğıcında, “Laçın” sərhəd-buraxılış məntəqəsində Qarabağın erməniəsilli sakinlərinin sərbəst keçidi növbəti dəfə təmin edilib.

“resmixeber.az” xəbər verir ki, bununla bağlı iyulun 3-də çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

Onların sənədləri yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.

Bu, bir daha Qarabağın erməni sakinlərinin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.

 

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir