“Qalatasaray” məşhur futbolçu ilə vidalaşıb – FOTO

Dünya


İspaniyalı futbolçu Xuan Mata “Qalatasaray” klubunu tərk edib.

Bu barədə İstanbul klubunun rəsmi saytında dərc edilib.

Məlumatda qeyd olunur ki, ispaniyalı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Öz növbəsində 36 yaşlı futbolçu sosial media hesabından klubdan ayrılmağına dair paylaşım edib.

“Təşəkkür edirəm, Türkiyə. “Qalatasaray” ailəsinə təşəkkür edirəm. Çempion “Cimbom”! Mən həmişə sizlərdən biri olacam. Sizin üçün darıxacağam.

“Cimbom” ailəsi, siz möhtəşəmsiz. Sizin fədakarlığınız, peşəkarlığınız və ən əsası kluba olan sevginiz sayəsində biz ölkənin ən yaxşı komandasıyıq. Bu klubu daha da yaxşılaşdırmaq üçün çalışan hər kəsə dərin təşəkkürümü bildirirəm.

Şübhəsiz ki, “Qalatasaray” azarkeşləri dünyanın ən yaxşılarından biridir. Siz bizə həmişə evdə oynayırmış kimi hiss etdirdiniz. Sevginiz üçün bütün qəlbimlə təşəkkür edirəm. Sizə layiq olduğunuz bütün xoşbəxt anları arzulayıram” – ispaniyalı futbolçu vida paylaşımında yazıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir