Azərbaycan kikboksçuları Avropa Oyunları üçün Polşaya yola düşüblər

Dünya


Azərbaycan kikboksinq komandası III Avropa Oyunlarında yarışmaq üçün Polşaya gedib.

Kikboksinq Federasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, komanda orada “Full contact” növündə təmsil olunacaq. 63,5 kq çəki dərəcəsində Fərid Ağamoğlanov və 86 kq çəki dərəcəsində Elşad Şahbazov yarışda iştirak edəcəklər.

Bu gün səhər saatlarında idmançılar, millinin baş məşqçisi Elşən Abdulrəhimov, Azərbaycan Kikboksinq Federasiyasının baş katibi İlkin Məsimzadə, Fərid Ağamoğlanovun şəxsi müəllimi Eduard Məmmədov və Elşad Şahbazovun şəxsi müəllimi Fuad Zeynalov Polşaya yola düşüblər.

Səfərdən öncə baş məşqçi Elşən Abdulrəhimov yarışa hazırlıqla bağlı açıqlama verib: “Fərid Avropa Oyunlarınadək mayda Türkiyədə keçirilmiş Dünya Kubokunda qalib gəlib. Elşad isə bir neçə peşəkar döyüşdə iştirak edib. Kikboksinq ilk dəfə Avropa Oyunlarının proqramına salınıb. Ona görə də istəyirik ki, Polşadan qızıl medalla qayıdıb idman ictimaiyyətini sevindirək.

Son günlərdə idmançılarla taktiki-texniki hazırlıq üzərində çalışmışıq. Bu yarışın önəmli olduğunu federasiya rəhbərliyi də bizə bildirib. Federasiya prezidenti Orxan Əliyevin tapşırığı ilə idmançılar daim həkim nəzarətində oldular, vitaminlərlə təmin edildilər”.

Qeyd edək ki, 29 iyunda püşk atılacaq. Hər çəkidə 8 idmançı olduğundan, yarışlar 1/4 finaldan başlayacaq. 30 iyunda saat 12:00-da Fərid Ağamoğlanov və 17:00-da Elşad Şahbazov rinqə çıxacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir