19 yaşlı Ayselin 10 günü qalıb: “Gün ərzində 5 dəfə epilepsiyası tutur, vəziyyəti çox ağırdır” – FOTO

Cəmiyyət


19 yaşlı Ayselin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Səbinə Məmmədova məlumat verib.

O bildirib ki, övladı təcili əməliyyat olunmalıdır.

“Ayselin 5 yaşı olanda qulağından çirk gəlməyə başladı, buna görə də əməliyyat olundu. Daha sonra vəziyyəti get-gedə pisləşməyə başladı. 2021-ci ilə qədər 4 dəfə beyin əməliyyatı keçirdi. Qulağının arxasında sümük olmadığı üçün ora implant taxılmışdı. Amma implant həm qırılıb, həm də şişib. Hazırda o implant dəyişdirilməlidir. Ayselin vəziyyəti günü-gündən ağırlaşır. Gün ərzində bəlkə də 5-6 dəfə epilepsiyası tutur”.

Səbinə Məmmədova övladının Türkiyədə əməliyyat olunacağını deyib.

“Aysel 10 günə Türkiyədə əməliyyat olmalıdır. İnanın maddi vəziyyətimiz çox pisdir. Bu əməliyyatı özümüzün qarşılamağa imkanımız yoxdur. Mənim Ayseldən başqa bir oğlum da var, yoldaşımla isə ayrılmışam. Ayrıldığımız gündən bəri nə bir dəfə övladları ilə maraqlanıb, nə dəstək olub. Ayselin vəziyyətinə görə mən işləyə bilmirəm, özümüz qohum evində kirayədə qalırıq. İnanın vəziyyətimiz çox ağırdır. Övladımın əməliyyatı üçün 8500 manata ehtiyyacımız var, yardımsevər şəxslərdən bizə dəstək olmalarını, bu çətin sınaqdan keçməyə bizə kömək etmələrini xahiş edirik”.

Ailə ilə əlaqə: (051) 700-07-92

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir