Tacikistanda güclü zəlzələ baş verib

Dünya

Tacikistanın şərqində yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 bal gücündə zəlzələ baş verib.

Resmixeber.az, Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin ocağı 114 kilometr dərinlikdə, Əfqanıstanla sərhədin yaxınlığında yerləşib.

Zəlzələ paytaxt Düşənbədə hiss olunmayıb.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.