“Bakı Payızı” 35 il sonra qayıtdı: İstedadlar müsabiqəsi yenidən keçirilir – FOTO

Mədəniyyət


Azərbaycanda 35 il sonra yenidən “Bakı Payızı” istedadlar müsabiqəsi keçirilir.

resmixeber.az xəbər verir ki, 1-ci və 2-ci turların nəticələrini yekunlaşdıran yarımfinal çıxışlarına fəal hazırlıq gedir.

İlk turun məşqləri artıq başlanılıb. İstedadlı vokal ifaçıları rəngarəng musiqilərlə çıxış edirlər. İştirakçılar saatlarla davam edən məşqlərə böyük maraq və həvəs göstərirlər.

Konsertlər Bakı Musiqi Akademiyasının Opera Studiyasında 28, 29, 30 iyun və 1 iyul tarixlərində keçiriləcək.

Müsabiqənin 1 və 2-ci turlarının qalibləri müəyyənləşəcək və elan olunacaq.

Qeyd edək ki, musiqi və bədii təəssüratların yaradılması, bu əsasda musiqi mədəniyyətinin, üslub, ritm və ansambl hisslərinin inkişafı builki payızın əsas tədbirinə – “Bakı Payızı-2023 – 35 il sonra” istedadlar müsabiqəsinə peşəkar hazırlığın mühüm tərkib hissəsi olacaq.

Daha çox şəkil burada: PhotoStock.az

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir