Bu həftə “Barselona” dörd oyunçudan xilas olmaq niyyətindədir – FOTO

Dünya


“Barselona” klubunun idman rəhbərliyi cümə gününə qədər Klement Lanqle, Samuel Umtiti, Sercinio Dest və Aleks Kolyado, o cümlədən, “Barcelona B”nin oyunçusu Qustavo Maya ilə yollarını ayırmağa çalışacaq. Çünki 2022/23-cü maliyyə ili həmin gün bitir.

“Barselona” bunu bacarsa, o zaman klubun gələn mövsüm üçün ödəmə cədvəli 50 milyon avro artacaq. Bununla əlaqədar kataloniyalılar adları çəkilən futbolçular üçün təcili olaraq yeni klublar axtarırlar.

Qeyd olunur ki, indi “Barsa” üçün bu məsələnin həlli qəbul üçün yaxşı transferlərdən daha çox prioritet təşkil edir.

Lenqlin çox güman ki, ötən mövsüm icarə əsasında çıxış etdiyi “Tottenhem” alacaq. “Barsa” rəhbərləri müdafiəçi üçün təxminən 10 milyon avro almağı gözləyirlər.

“Leççe”də uğurlu mövsümdən sonra Umtiti üçün bazar marağı var və “Barsa” bu yay nəhayət müdafiəçi ilə yollarını ayıra biləcəklərini gözləyir. Maaşının azaldılmasına razılıq verəcəyi təqdirdə “Lion” fransalı ilə müqavilə imzalamağa hazırdır. “Barselona” Umtiti ilə maraqlanan klublarla danışıqların uğurlu olması üçün hər şeyə hazırdır. Əgər sata bilməsələr, kataloniyalılar oyunçuya “Carta de libertad” (klubdan ayrılmasını bildirən sənəd) verməyi düşünəcəklər. Əgər Umtiti bunu qəbul etsə, o zaman bu, mahiyyət etibarı ilə müqavilənin qarşılıqlı razılaşma əsasında dayandırılması demək olacaq.

“Barsa” Dest və Kollyadonu artıq onlara bel bağlamadığını bildirib və özlərinə yeni klublar tapmalarını istəyib. Amma indiyədək onların heç biri kataloniyalılara digər komandalardan konkret təkliflər təqdim etməyib.

Hazırda “Barsa”nın 2023/24-cü il mövsümü üçün əməkhaqqı cədvəli 530 milyon avrodur. Klub rəhbərliyi bunu 450 milyona endirmək niyyətindədir. Lenqle, Umtiti, Desta və Kolyadonun gələcək taleyi həll olunandan sonra “Barsa”nın rəhbərləri klubun bel bağlamadığı digər oyunçuları da satacaqlar.

Mənbə: Diario Sport

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir