Putinin Şoyqunu əvəzləyəcəyi barədə məlumatlar: Eks-şefə vurğu edilməsindəki məna – ŞƏRH

Siyasət


Rusiya Prezidenti Vladimir Putin hakimiyyətinə qarşı “qiyam”ın müəllifi kimi tarixə düşən “Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojinin müdafiə naziri və baş qərargah rəisi ilə bağlı arzusu gerçəkləşmək üzrə gedə bilər.

Yayılan informasiyalarda müdafiə naziri Sergey Şoyqunun və Baş Qərargah rəisi Valeri Gerasimovun vəzifələri ilə sağollaşacağı barədə iddialar bolluq təşkil edir.

Bu əsnada ən maraqlı məlumatlardan birini ABŞ Müharibə Tədqiqatları İnstitutu yayıb, iddiaya əsasən, Rusiya Xüsusi Əməliyyat Qüvvələrinin (Xüsusi Qüvvələr Komandanlığı kimi də tanınır) keçmiş rəhbəri Şoyqunu müdafiə naziri kimi əvəz edə bilər.

Rusiya mənbələrində müdafiə nazirinin Tula vilayətinin hazırkı qubernatoru, Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş rəhbəri Aleksey Dyumin olacağı barədə fərziyyələr üstünlük təşkil etsə də, bunu təsdiq edəcək dəqiq məlumatlar yoxdur.

Amma Rusiyanın Müdafiə Nazirliyinin rəhbər strukturundakı dəyişikliklərin Putinin masasında olduğunu göstərən işarələr genişdir, burada vurğu ediləcək məqamlardan biri Moskvanın Ukraynadakı hərbi kampaniyasının taktikasında dəyişiklik olunması cəhdidir.

Əgər Putin Xüsusi Qüvvələr Komandanlığındakı keçmiş simanı müdafiə naziri təyin etmək istəyirsə, deməli, bunun Ukraynadakı taktiki motivlər və hərbi ehtiyaclarla əlaqəsi var.

Çünki Putinin Ukraynadakı hərbi işğal kampaniyası Rusiyanın müdafiə qabiliyyətindəki boşluqları aşkara çıxarır, ölkə daxilindəki təhlükəsizlik sferası korlanır.

Putin Ukraynadakı müharibə fonunda daxili təhlükəsizlik tədbirlərini gücləndirməklə öz hakimiyyətini qoruyub-saxlamağı simmetriyada tutur. 

Rusiya lideri Ukraynadakı əməliyyatları Xüsusi Əməliyyatlar Komandanlığının taktika və prinsipləri əsasında qurmaqda maraqlı görünür.

Putinin özünə sadiq eks-şefə sərmayə qoyması ilə bağlı məlumatlar isə hətta Xüsusi Qüvvələr Komandanlığında ona qarşı həmrəylik yaradılması hərəkatına qarşı cavab kimi başa düşülə bilər.

Komandanlıq  nöqteyi-nəzərindən həmin sözügedən Qüvvələr həm Baş Kəşfiyyat İdarəsi, həm də Müdafiə Nazirliyindən müstəqil bir qurumdur. Hərçənd, fərqli məlumatlar da mövcuddur, bununla belə, bu qurum müstəqillik komponentlərini daha çox özündə daşıyır.

Komandanlıq ən incə və mürəkkəb xüsusi əməliyyatları idarə edərək Rusiyanın hərbi iştirakını genişləndirmək istədiyi bir çox teatrda fəaliyyət göstərir.

Rusiyanın Ukraynada işğal etdiyi ərazilərdən keçid edərək Kiyevin nəzarətində olan torpaqlara təxribat-diversiya edə biləcək professional qüvvələrə ehtiyacı yaranır. Bu mənada Putinə “dönük” çıxan “Vaqner”i əvəz edə biləcək qüvvə adı qeyd edilən Komandanlığın xüsusi təyinatlıları ola bilər.

Putin Komandanlıqla Müdafiə Nazirliyi arasında koordinasiyanı bərkidən fiquru hakimiyyətin güc kürsüsünə gətirməklə onu göstərə bilər ki:

1. Ukraynada bir sıra ixtisaslaşdırılmış əməliyyatlar aparılacaq;

2. Rusiyanın Ukraynada adi qüvvələr üçün xarakterik olmayan döyüş əməliyyatları və üsulları – kəşfiyyat, təxribat, terrorla mübarizə, əks-kəşfiyyat – tətbiq etmək planı mövcuddur.

Ancaq hələ nə Şoyqu, nə də Gerasimov istefaya göndəriliblər, nə də Dyumin müdafiə naziri təyin edilib. Ona görə də proseslərin dəqiqliklə aydınlaşan tərəfləri üçün bir qədər geniş informasiya və hadisələr lazımdır.

Aqşin Kərimov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir