Messini görmək üçün min kilometr yol qət etdi, arzusu ürəyində qaldı – VİDEO

Dünya


ABŞ-də azarkeşlərdən biri “İnter Mayami”nin yeni transferi Lionel Messini izləmək üçün Filadelfiyaya qədər 1200 mil (təxminən iki min km) məsafə qət edib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin fanat argentinalı ulduzun oyununu izləmək üçün ölkə çempionatının “Filadelfiya” – “İnter Mayami” (4:1) oyununa gedib.

Lakin azarkeşin arzusu ürəyində qalıb. Messi hələ ABŞ klubuna qoşulmadığı üçün ötən gecə baş tutan matçın iştirakçısı olmayıb. O, Argentina millisinin keçmiş futbolçusu Maksi Rodrigezin vida matçında iştirak edib.

Məsələdən xəbərdar olduqdan sonra azarkeşin məyusluğu nəzərdən qaçmayıb.

Bir müddət əvvəl PSJ-dən “İnter Mayami”yə keçən L.Messinin iyulun 21-də yeni komandasında debüt edəcəyi gözlənilir.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir