Azərbaycanlı pianoçu Ləman Seyidovanın Cenevrə Konservatoriyasında çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bu barədə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov öz “Twitter” hesabında məlumat verib.
“16 yaşlı istedadlı azərbaycanlı ulduz Ləman Seyidovanın Cenevrə Konservatoriyasında möhtəşəm çıxışı ilə fəxr edirəm. Onun Mendelsonun 1 nömrəli fortepiano konsertinin ifasında Cenevrə Konservatoriyası Orkestrinin solisti kimi peşəkarlığı tamaşaçıların gurultulu alqışlarına səbəb olub”, – deyə səfir bildirib.
Proud of amazing performance of 16 years talented🇦🇿star Lyaman Seyidova in In Conservatoire de Musique de Genève.Her professionalism as soloist of Conservatoire de Musique de Genève Orchestra in playing Mendelssohn Concerto N.1 for piano has met standing ovation of spectaculars. pic.twitter.com/XyUbhHfjhU
— Fuad Isgandarov (@fuad_isgandarov) June 25, 2023
www.RESMIXEBER.az