Moskvaya giriş və çıxış yoxlanılır – FOTO/VİDEO

Cəmiyyət


Moskva şəhərinə giriş və çıxış yollarında yoxlamalar aparılır.

“resmixeber.az”un Rusiya bürosu xəbər verir ki, hərbçilər və polislər Rusiya paytaxtına doğru hərəkət edən avtomobilləri yoxlayır.

“resmixeber.az”un müxbiri Moskvanın cənub-qərbində, Yasenevo rayonunda yoxlamaların həyata keçirilməsinin şahidi olub. Çəkilən fotoşəkillər və videogörüntülər şəhərə girişin açıq olduğunu, lakin burada hərbçilərin və polisin postlarının qurulduğunu, zirehli texnikanın gətirildiyini təsdiq edir.

Daha əvvəl Moskva şəhərinin meri Sergey Sobyanin şəhərə giriş-çıxış üçün hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatları təkzib etmişdi.

“Şəhərin giriş və çıxışlarında hərəkətin dayandırılması ilə bağlı bir çox məlumatlar daxil olur. Amma bu məlumatlar həqiqətə uyğun deyil. Yoxlamaların həyata keçirilməsi üçün tədbirlərin gücləndirilməsi ilə əlaqədar nəqliyyatın hərəkətində çətinliklər yarana bilər. Lakin şəhərə giriş və çıxışda heç bir məhdudiyyət yoxdur”, – o vurğulayıb.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. O, Rostov və Voronejdə bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir