İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

Cəmiyyət


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nərmin Seyidova vəzifəsini tərk edib.

“resmixeber.az”un əldə etdiyi məlumata görə, onun yerinə hələ ki təyinat olmayıb.

İRİA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb, publik hüquqi şəxsdir. Azərbaycanda rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması ekosistemin gücləndirilməsinə xidmət edir. Nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiyayönümlü elmi tədqiqatlarına və innovativ layihələrinə (startaplar) dəstək vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirmək agentliyin prioritet istiqamətləridir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir