Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi etmək fikrindən daşındı

Dünya


Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini geri götürmək qərarına gəlib.

Ölkə Yunanıstan və Misirlə birgə mundialı təşkil etmək istəyib. Daha sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Yunanıstan və Misir rəsmiləri ilə əlaqə saxlayıb, onlara 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün namizədlik irəli sürməyəcəklərini bildirib. O, əsas rəqibləri hesab olunan İspaniya, Portuqaliya və Mərakeşi üstələməyin qeyri-mümkün olduğunu vurğulayıb.

Argentina, Uruqvay, Paraqvay və Çili də DÇ-2030 üçün birgə müraciətə hazırlaşırlar.

Mundialın ev sahibinin adına gələn il aydınlıq gələcək.

Mənbə: championat.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir