Elçin Əzizov beynəlxalq müsabiqənin münsiflər heyətinin tərkibinə daxil olub – FOTO

Cəmiyyət


Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti Elçin Əzizov P.İ. Çaykovski adına XVII Beynəlxalq müsabiqənin münsiflər heyətinin tərkibinə daxil olub.

AZƏRTAC xəbər verir ki, P.İ. Çaykovski adına XVII Beynəlxalq müsabiqənin təntənəli açılış mərasimi Moskva Konservatoriyasının Böyük zalında olub.

Müsabiqə iyunun 19-dan iyulun 1-dək Moskva və Sankt-Peterburqda keçiriləcək. Tədbirdə ümumilikdə 236 gənc musiqiçi iştirak edəcək. Müsabiqənin münsiflər heyətinə 18 ölkədən olan görkəmli musiqiçi və müəllimlər daxildir.

Elçin Əzizov “Solo oxuma” ixtisası üzrə münsiflər heyəti qrupuna daxil olub.

P.İ. Çaykovski adına Birinci Beynəlxalq müsabiqə 1958-ci ildə keçirilib. Müsabiqə dörd ildə bir dəfə “fortepiano”, “skripka”, “violonçel” və “solo oxuma” ixtisasları üzrə keçirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir