Xızıda avtobusda köməksiz qalan sərnişinlər ziyarətdən qayıdırmışlar – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


İyunun 18-də Xızının ucqar Ağdərə kəndi yaxınlığında avtobusda köməksiz vəziyyətdə qalan 24 sərnişin Seyid Bahdur pirini ziyarətə gedibmiş.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin pir Xızının ucqar Gimçi kəndi yaxınlığında yerləşir.

Bakı şəhərindən həmin piri ziyarətə gedən şəxslər paytaxta qayıdan zaman yağışların əmələ gətirdiyi sel suları nəticəsində avtomobil yolunun yararsız vəziyyətə düşməsi nəticəsində köməksiz vəziyyətdə qalıblar.

10:17

Xızıda köməksiz vəziyyətdə qalan 22 nəfər təxliyə edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda köməksiz vəziyyətdə qalmış bir qrup sərnişinin təxliyəsi məqsədilə FHN-in Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası əraziyə cəlb olunub.

Yararsız vəziyyətə düşmüş və çətin keçilən yolla xüsusi təyinatlı texnika vasitəsilə əraziyə çatan FHN-in xilasediciləri köməksiz vəziyyətdə qalmış 1-i uşaq və 14-ü qadın olmaqla 22 nəfər vətəndaşı təxliyə edib, həmçinin ehtiyacı olan şəxslərə ilk tibbi yardım göstərilib. Təxliyə olunmuş vətəndaşlar Sumqayıt Regional Mərkəzinin inzibati ərazisinə gətirilib, daha sonra müvafiq olaraq yaşayış ünvanlarına yola salınıblar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir