“Çelsi” ilə müqavilə müddəti başa çatan Nqolo Kante karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, fransalı yarımmüdafiəçi “Əl-İttihad”la 4 illik müqavilə imzalayıb. 32 yaşlı oyunçu yarımadada ümumilikdə 100 milyon avro qazanacaq. İmic hüququ və digər kommersiya anlaşmalarını futbolçu əlində saxlayır.
Son Səudiyyə Ərəbistanı çempionu “Əl-İttihad” daha əvvəl “Real Madrid”dən ayrılan Kərim Benzemanı heyətinə qatıb.
www.RESMIXEBER.az

