Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, rayonun Poylu qəsəbəsində yolu qarşı tərəfə keçmək istəyən 1989-cu il təvəllüdlü Elçin Bədirxan oğlu Xəlilovu avtomobil vurub.
Piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırmalar davam edir.
www.RESMIXEBER.az