İsrail yeni yataqdan qaz hasilatına başlayacaq

Dünya


İsrail hökuməti Qəzza zolağı sahillərində qaz hasilatı layihəsinə başlayıb.

Bu barədə baş nazir Benyamin Netanyahunun ofisi iyunun 18-də məlumat verib.

Bildirilib ki, layihənin başlanması ilə bağlı razılıq İsrail, Fələstin və Misir arasında aparılan danışıqlardan sonra əldə olunub. Bu təşəbbüs regionun təhlükəsizliyini və Fələstin iqtisadiyyatının inkişafını təmin etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, söhbət sahildən 36 kilometr aralıda, 610 metr dərinlikdə yerləşən Qəzza dəniz yatağından gedir. Yataq 1999-cu ildə Britaniyanın BG Group şirkəti tərəfindən tapılıb, lakin onun işlənməsi hələ də həyata keçirilməyib.

Yatağın ehtiyatlarının 30 milyard kubmetrdən çox olduğu təxmin edilir.

Mənbə: rossaprimavera.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir