Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin edib

Baş səhifə

Bakı. Trend:

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Vətəndaş Müqaviləsi
Partiyasının lideri Nikol Paşinyanı Baş nazir təyin edib.

TASS agentliyindən verilən məlumata görə, Ermənistan Prezidenti
bununla bağlı fərman imzalayıb.

Müvafiq fərman dövlət başçısının rəsmi saytında dərc olunub.




Daha əvvəl Ermənistan hökuməti istefa vermişdi.

Bununla bağlı Baş nazir Nikol Paşinyan sənəd imzalayaraq
Ermənistan prezidenti Vaaqn Xaçaturyana təqdim etmiş və sonuncu onu
qəbul etmişdi.

Qeyd edək ki, bu, yeni çağırış parlament fəaliyyətə başladıqdan
sonra Konstitusiyanın tələbinə uyğun olaraq həyata keçirilən formal
prosedurdur. Ermənistan Konstitusiyasının 158-ci maddəsinə əsasən,
hökumət parlamentin ilk iclas günü istefa verir.