Yunanıstanda yanğının söndürülməsi zamanı iki helikopter toqquşub

Baş səhifə

Bakı. Trend:

Avqustun 2-də Yunanıstanda güclü meşə yanğınının söndürülməsi
əməliyyatı zamanı iki helikopter havada toqquşub.
Hadisə Afinanın Psata bölgəsində baş verib.

Bu barədə ölkənin yanğınsöndürmə xidməti məlumat yayıb.




Yanğınsöndürmə xidmətinin açıqlamasında bildirilir ki, ekipaj
üzvlərinin tapılması üçün hazırda xilasetmə əməliyyatı davam
etdirilir.

Hazırda Yunanıstan güclü küləklərin alovlandırdığı və sürətlə
yaydığı bir neçə meşə yanğını ilə mübarizə aparır.