
Bakı. Trend:
Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatının birinci ildönümü ilə
əlaqədar avqustun 3-də Fəxri xiyabanda anım mərasimi
keçiriləcək.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərasimdə nazirliyin rəhbərliyi, ədəbiyyat və
mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak edərək Xalq
yazıçısının məzarını ziyarət edəcəklər.
Anım mərasimi avqustun 3-də saat 10:00-da Fəxri xiyabanda baş
tutacaq.

