Zığ şosesinin yolboyu bəzək üçün qoyulan işıq dirəkləri: “Novruzda rəngləyib, Yeni ildə zər asırlar” – VİDEO

Cəmiyyət


Suraxanı rayonu Zığ şosesində avtomobil yollarının işıqlandırılması ilə bağlı problem öz həllini tapmır. Məsələ dəfələrlə gündəmə gətirilsə də, aidiyyəti qurumlar heç bir köklü çıxış yolu tapa bilmirlər. Ərazidə avtomobil yollarının işıqlandırılması üçün ya gərək ölümlə nəticələnən qəza olsun, ya da qurumlar insafa gəlsinlər.

Vətəndaşların resmixeber.az-a ünvanladıqları şikayətdə qeyd edilir ki, yolboyu düzülən işıq dirəklərinin birində, üçündə, beşində problem olsa, adam hesab edər ki, texniki nasazlıqdır:

“Bu qədər işıq dirəyini yol qırağına niyə düzüblər? Novruz bayramında rəngləyib, Yeni ildə zər bağlamağa? İşıq dirəyini təyinatı üzrə işlədin, camaat getdiyi yolu görsün də. Ərazidə nə qədər yol-nəqliyyat hadisəsi olmalıdır, nə qədər insan həyatını itirməlidir ki, ciddi bir tədbir görülsün?!

Bu məsələdə qurumlar arasında nə üçün birgə əməkdaşlıq görmürük? Niyə onlardan da bir təklif yoxdur? Biz şikayət edirik, baxan yoxdur, jurnalistlər yazırlar, nəzərə alan yoxdur. Problemi başqa hansı formada aidiyyəti üzrə çatdıraq ki, avtomobil yollarının işıqlandırılması məsələsinə köklü bir çıxış yolu tapılsın?” 

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir