Ermənistan ordusu avropalı müşahidəçiləri bəhanəylə şərti sərhəddən uzaqlaşdırdı – SƏBƏB

HƏRBİ


“Məndə olan məlumata görə, Sünik və Qeqarkunik vilayətlərinə gedən avropalı müşahidəçilər gərgin hərbi vəziyyətlə əlaqədar təcili təxliyə ediliblər”.

Bu barədə “Hraparak” “Hayots Vahan” dəstəsinin komandiri Artur Vardanyana istinadla xəbər verib.

O, bildirib ki, Qarabağ, Zəngəzur və Qeqarkunikdə (Başkənd) vəziyyət son dərəcə gərgindir və şərti sərhəd boyunca Ermənistana döyüşə hazırlıqla bağlı bir nömrəli əmr verilib.

Bu məlumat İrəvanın irimiqyaslı silahlı təxribat hazırladığını göstərir. Belə görünür ki, onlar gərginlik bəhanəsiylə avropalı müşahidəçiləri sərhəd bölgəsindən uzaqlaşdırmaq, bununla da şərti sərhəddə Ermənistan ordusunun canlı qüvvəsinin və hərbi texnikasının toplanmasını gizlətmək istəyirlər.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir