Tovuzda külək dağıntılar törədib – VİDEO

Cəmiyyət


Tovuzda qeyri-sabit hava bir sıra fəsadlar törədib.

Xezerxeber.az xəbər verir ki, rayonun Yuxarı və Aşağı Öysüzlü kəndləri, Qazıqulu kəndinin bir hissəsi sel sularına təslim olub.

Aramsız yağan güclü yağış və külək bir neçə ev və yardımçı tikilidə dağıntılar yaradıb. Kəndlərdə elektrik enerjisi və mavi yanacağın verilişində fasilə yaranıb. Güclü sel ağacları kökündən çıxarıb. Əksər evlərin içərisinə də su dolub.

Qazıqulu kəndində bir neçə küçə və kiçikhəcmli körpü su altında qalıb.

Aramsız yağan yağışlar çaylarda suyun səviyyəsini artırıb.

Daha ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir