Azərbaycanın sərbəst güləşçisi: “Hədəfim gənclər arasında Avropa çempionluğudur”

Dünya


“Gənclərdən ibarət milli komandanın heyətində Avropa çempionatına yollanacağam. Çətin olsa da, hədəfim orada çempion olmaqdır”.

“resmixeber.az”un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləş millisinin heyətində Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanan Yusif Dursunov Heydər Əliyev adına hava limanında jurnalistlərə açıqlamasında deyib.

110 kq çəki dərəcəsində qitə birinciliyinin qalibi olan Y.Dursunov bu uğuru davam etdirmək arzusundadır:

“Ötən il olduğu kimi, bu dəfə də qızıl medal qazandım. Avropa çempionatına kimi, üç hazırlıq mərhələsi keçmişdik. Bunun da nəticəsi olaraq, Vətənə 7 medalla qayıtdıq. Bu böyük uğura imza atmağımız üçün üzərimizdə əməyi olan bütün məşqçilərimizə təşəkkür edirəm. Onların rolu danılmazdır. Həm özümüz, həm də yığma adına bu uğurun davamlı olmasına çalışacağıq”.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş millisi U-17 Avropa çempionatında komanda sıralamasında ikinci yeri tutub. Yığmanın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu olublar. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutublar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir