Toğrul İsmayıl: “Ankara üçün İrəvanla münasibətlər ciddi əhəmiyyət daşımır” – Türkiyədən ŞƏRH

HƏRBİ


Ankara-İrəvan münasibətlərində maraqlı tendensiyalar nəzərə çarpır. Ermənistanın baş naziri Türkiyə prezidentinin andiçmə mərasimi üçün Ankaraya yollandı. Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan isə bəyan edib ki, İrəvanın mərkəzində “Nemesis”in “qəhrəmanları”na abidə ucaldılmasını səhv hesab edir və bu, dövlət xətti deyil… Bütün bunlar Ermənistan-Türkiyə nizamlanmasında hər hansı dəyişikliyə gətirə bilərmi?

Türkiyəli politoloq, Kahramanmaraşda Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl resmixeber.az-a bununla bağlı şərh verib.

Onun sözlərinə görə, abidənin qoyulmasının dövlət siyasəti olmadığını əvvəllər Ermənistanın hökumət başçısı Nikol Paşinyan da deyib.

“Amma açıq deyim ki, İrəvan-Ankara münasibətlərinin Türkiyə üçün heç bir ciddi əhəmiyyəti yoxdur. Bu məsələ Ermənistan üçün vacibdir”, – deyə politoloq əlavə edib.

Ekspert İrəvanın Ermənistanın regionda mövcudluğunu davam etdirmək istəyib-istəmədiyinə qərar verməli olduğunu vurğulayıb.

“Ermənilər 30 il Azərbaycan ərazilərini işğalda saxlayıblar, bəs bu sonda nə ilə nəticələndi? Müəyyən torpaqlar zəbt olunarsa, məntiqlə əhali artmalıdır, iqtisadi vəziyyət yaxşılaşmalıdır və s. Bəs hamı nəyə şahid oldu? Ermənistan əhalisi azalıb, iqtisadiyyatı inkişaf etməyib, ölkə tənəzzül edir, dövlət bütün ciddi regional layihələrdən uzaqda qalıb. Erməni siyasətçilər başa düşməlidirlər ki, onların ölkəsinin dövlətçiliyi üçün mövcudiyyətlə bağlı artıq ciddi təhlükə var. Bu təhlükə o zaman aradan qaldırıla bilər ki, İrəvan əvvəlcə Azərbaycanla, sonra isə Türkiyə ilə münasibətləri normallaşdırsın. Yeganə yol budur”, – deyə T.İsmayıl sözlərini yekunlaşdırıb.

Nair Əliyev

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir