ANAMA sədri: “İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə davam edir”

HƏRBİ


“İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə davam edir”.

“resmixeber.az” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycanda istehsal edilən minatəmizləmə maşınının təqdim edilməsi mərasimində deyib.

O bildirib ki, iki il ərzində Azərbaycan xaricdən minatəmizləmə maşınları alırdı.

“Çox sevindirici haldır ki, bu gün bu maşınlar artıq Azərbaycanda istehsal edilir. Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra minatəmizləmə işlərinə başlanıldı. Bu gün işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə davam edir”, – deyə sədr vurğulayıb.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir