Boşanmaq istəyən arvadını bıçaqlayan şəxslə bağlı hökm ləğv edildi

Kriminal


Ali Məhkəmədə boşanmaq istəyən arvadını bıçaqlamaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Heydər Nadirovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Nadirova şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib.

Qeyd edək ki, hadisə 2022-ci il mayın 5-də paytaxt ərazisində qeydə alınıb. Jalə Nadirova məhkəmədə bildirib ki, əri Heydərin ailəyə laqeyd yanaşması, ona qarşı təhqiredici ifadələr işlətməsi və s. səbəblərə görə birgə yaşadıqları müddətdə aralarında tez-tez mübahisələr baş verib. Qadın ərindən bıçaqlanma hadisəsindən beş ay əvvəl ayrılıb və boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanma barədə qərar birgə qəbul olunub və bundan sonra Jalə Nadirova kirayə evə köçüb. Buna baxmayaraq, əri onun yaşadığı ünvanı tapıb və hadisə də məhz orada baş verib. Heydər həmin ünvana gələrək Jalədən ona uşaqlarını göstərməyini istəyib və başqa bir kişi ilə münasibətdə olub-olmadığını soruşub. Jalə “yox” cavabı versə də, Heydər bu sualında israr edib və Jalə bezərək münasibəti olduğunu deyib. Bundan qəzəblənən Heydər bıçaqla Jaləyə qarın nahiyəsindən xəsarət yetirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir