Hollivud ulduzu sosial şəbəkədə paylaşım etdi, iki saat sonra faciəvi şəkildə həlak oldu – FOTO

DIN


Amerikalı aktyor və rejissor Trit Uilyams ABŞ-nin Vermont ştatında 71 yaşında faciəvi şəkildə vəfat edib.  O, motosikletlə hərəkət edərkən qəzaya uğrayıb.

Faciə ABŞ-nin Vermont ştatında baş verib. Avtomobilin sürücüsü dönmə zamanı motosiklet sürən Uilyamsı görməyib və onu vurub. Yaralı aktyor helikopterlə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faciədən bir saat əvvəl aktyor öz fermasından görüntülər paylaşıb.

Uilyamsın yaxınları baş verənlərə inana bilmədiklərini etiraf ediblər.

Pərəstişkarları aktyorun qəfil ölümündə təəssüflərini bildiriblər.

“İki saat və artıq hər şey fərqlidir. Bu günün necə olacağını heç vaxt bilə bilməzsən”, – deyə istifadəçilərdən biri onun paylaşımını şərh edib.

Trit Uilyams üç dəfə “Qızıl Qlobus” mükafatı qazanıb. Onun ən populyar filmlərindən biri hippi dövrünə aid eyniadlı müzikl əsasında çəkilmiş “Hair” (1979) filmidir. Aktyor tamaşaçıların yaddaşında “Tales from the Crypt” (1989), “Prince of the City” (1981), “Once Upon a Time in America” (1984) və “127 Hours” (2010) seriallarında oynadığı rollarla yadda qalıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir