Culfada intensiv yağışlar nəticəsində fərdi yaşayış evi subasmaya məruz qalıb – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyi intensiv yağışlar səbəbindən Culfa rayonunda fərdi ev və həyətyanı sahənin subasmaya məruz qalması ilə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.

Görülmüş işlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
 

11:43

Culfaya yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evi subasmaya məruz qalıb.

“resmixeber.az” xəbər verir ki, gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa səhərində fərdi yaşayış evinin subasmaya məruz qalması barədə daxil olub.

Məlumat əsasında əraziyə dərhal Culfa rayon Dövlət Yanğın Təhlükəsizliyi Hissəsinin qüvvələri cəlb olunub.

Nəticədə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir