Anar Bağırov qanuna edilən dəyişiklik barədə: “Pulsuz vəkil yalnız kassasiya instansiyasında olmayacaq”

Siyasət


“Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilən məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi istiqamətində bir sıra mütərəqqi islahatlar həyata keçirir. Görülən işlərin davamı kimi Milli Məclisin növbəti plenar iclasında III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsidir. Layihə dövlət tərəfindən əhalinin aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, eyni zamanda, digər həssas təbəqələrinin konstitusion hüquqlarından olan keyfiyyətli hüquqi yardım almaq hüququnun realizəsi, habelə ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə hazırlanıb”.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O qeyd edib ki, hazırda qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, yalnız kassasiya, əlavə kassasiya şikayətləri və məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması ilə bağlı ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Qanunvericiliyə uyğun olaraq vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar dövlət hesabına vəkillə təmin olunurlar.

“Bu gün üçüncü oxunuşda qəbul edilən layihəyə əsasən, dəyişikliklər qüvvəyə minəndən sonra peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsait olmayan şəxslər, nəinki yalnız kassasiya instansiyasında, habelə mülki işlər üzrə birinci və apellyasiya instansiyalarında da dövlət hesabına vəkillə təmin olunacaqlar. Qanun layihəsində dövlət hesabına vəkillə təmin olunacaq şəxslərin dairəsi müəyyən olunub, qanunvericilikdəki ziddiyyətli məqamlar aradan qaldırılıb”, – deyə sədr bildirib.

A.Bağırov qəbul edilən qanun layihəsini mütərəqqi layihə kimi dəstəklədiyini vurğulayıb:

“Azərbaycan vəkil korpusu adından bu təşəbbüsünə görə Prezident İlham Əliyevə, həmçinin sədr Sahibə Qafarova başda olmaqla Milli Məclisin deputatlarına təşəkkür edirəm. Ayrıca olaraq, dəyərli həmkarımız, ölkə vəkilliyi üçün müstəsna əhəmiyyəti olan qanun layihəsinin məruzəçisi millət vəkili Bəhruz Məhərrəmova vəkillərin səsini Milli Məclisin yüksək tribunasından səsləndirdiyi üçün dərin minnətdarlığımı bildirirəm”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir