Kürdəmirdə su kanalından kişi meyiti tapılıb

Kriminal


Kürdəmirdə su kanalından kişi meyiti tapılıb.

“Trend” xəbər verir ki, Kürdəmir rayonu Qağacılı kənd sakini, 26.12.1979-cu il təvəllüdlü Rəşad Eldar oğlu İslamovun meyiti yaşadığı evin yaxınlığındakı su kanalından tapılıb.

İslamov Rəşad Eldar oğlunun meyitini onun həmkəndlisi Hafiz Cabir oğlu Hüseynov tapıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az