Bakalavriat üzrə dövlət sifarişli yerlərin sayı artırılıb

Cəmiyyət


“Əvvəllər hər il dövlət sifarişli yerlərdə 1 000-2 000 yer boş qalırdı”.

resmixeber.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev bildirib.

O qeyd edib ki, son iki ildə boş qalan yerlər dövlət sifarişi ilə əvəz olunur:

“Ötən il 35 yer boş qalmışdı. Bunlar hərbi tibb sahəsində aid idi. Dövlət sifarişində hər il artım var, həm də boş qalan yerlərin sayı azalıb”.

Müavin bakalavriat üzrə builki dövlət sifarişli yerlərin sayı barədə də danışıb:

“Ötən illə müqayisədə dövlət sifarişli yerlərin sayı səkkiz faiz artaraq 27 691 yerə çatdırılıb”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir