Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Kriminal


Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Nərimanov Rayon Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, iyunun 7-də saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya çatdırılması barədə prokurorluğa məlumat daxil olub.

İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakt üzrə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Əbil Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İbtidai istintaq davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir