İtin balaları ilə qeyri-humanist davranan şəxs: “İtlərə zorakılıq göstərmək niyyətimiz olmayıb” – VİDEO

Cəmiyyət


Sosial şəbəkələrdə itin balaları ilə qeyri-humanist davranılması ilə bağlı yayılan video cəmiyyətdə kəskin etirazla qarşılanıb.

Baku TV-nin araşdırması zamanı məlum olub ki, görüntülər Biləsuvarın Ağayrı kənd sakini İsmayıl Şəmsizadə və dostu Azər Quliyev tərəfindən çəkilərək yayılıb.

Onların sözlərinə görə, itlərə zorakılıq göstərmək niyyətləri olmayıb.

“İtlər balalamışdılar. Yerləri natəmiz olduğu üçün onları oradan çıxardım. Çəkib “TikTok”a qoydum. Vəziyyətin bu yerə gəlib çıxacağını bilməzdim”, – deyə İ.Şəmsizadə bildirib.

Videoda qeyri-humanist davranılan küçüklər salamatdır və İsmayılın himayəsindədir.

Qeyd edək ki, hər iki şəxs artıq əməlinə görə müvafiq orqanlar tərəfindən cəzalandırılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir