Vüqar Qurbanov: “Hazırda turistlərin Azərbaycana gəlməsində heç bir məhdudiyyət yoxdur”

Cəmiyyət


“Koronavirus pandemiyası ilə bağlı turistlərin Azərbaycana gəlməsində hazırda heç bir məhdudiyyət yoxdur”.

“resmixeber.az” xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, əvvəllər Azərbaycana gəlmək üçün COVID-19 testləri tələb olunurdu:

“Amma hazırda bu məhdudiyyətlər aradan qaldırılıb. Hansısa bir xarici vətəndaşda koronavirus əlamətləri aşkar edildikdə onlara tibb müəssisələrimiz və həkimlərimiz tərəfindən müəyyən yardımlar göstərilir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir